70 yaşlı qadın evində ölü tapıldı

media-hightechnic-468x90

041000034123Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər giriş qapısını açıb və mənzilə baxış keçirərkən 1945-ci il təvəllüdlü Rəhimova Sevil Sadiq qızını huşsuz vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Rəhimovanın vəfat etdiyi müəyyən olunyb. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:47-də başa çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600