71 gənc sertifikat aldı

media-hightechnic-468x90

indir (6)“Layihələri idarəetmə məktəbi”ni bitirən azərbaycanlı gənclərin sayı 300-ə yaxınlaşdı.

BP şirkətinin Xəzər universiteti və “ESİ İnternational” şirkəti ilə birlikdə həyata keçirdikləri “Layihələri idarəetmə məktəbi”nin üçüncü buraxılışı ilə bağlı mərasim keçirilib.

Mərasimdə çıxış edən BP Azərbaycan şirkətinin prezidenti Qordon Birrell bildirib ki, məktəb yerli potensialı inkişaf etdirən, eyni zamanda, beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilib. “Biz Azərbaycanda yerli kadr potensialının yaradılması səylərinə daim dəstək verəcəyik. Biz Azərbaycanın parlaq gələcəyini görürük, ölkənin öz iqtisadiyyatını şaxələndirməkdə qətiyyətli olduğunu da bilirik. Bu məqsədə çatmaq üçün standartlara cavab verən iri layihələri həyata keçirməyə qadir ixtisaslı menecerlərə həmişə ehtiyac olacaq”,- deyə Q.Birrell vurğulayıb.

Tədbirdə”Layihələri idarəetmə məktəbi”nin üçüncü buraxılışının 71 məzununa sertifikatlar təqdim olunub. Məlumat verilib ki, layihə iştirakçıların ümumi sayı 298 nəfərdir. Proqramda 109 təşkilat iştirak edib, xərclənmiş vəsaitlərin ümumi məbləği 2 milyon dollardan çox olub.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600