Qanun qadağan edir, bəs niyə satılır? - Ekspertdən AÇIQLAMA

media-hightechnic-468x90

Son dövrlərdə sosial şəbəkələrdə qanunla qadağan olunan müxtəlif avadanlıqların, o cümlədən səs siqnallarının, sayrışan işıqların, modifikasiya edilmiş səsboğucuların və avtomobilin dövlət qeydiyyat nişanını gizlədən qurğuların satışının artdığı müşahidə olunur.

Bu cihazların istifadəsi qanunla qadağan edilsə də, açıq şəkildə satışa çıxarılması cəmiyyətdə narahatlıq doğurur.

Bəs, əgər bu avadanlıqların istifadəsi qadağandırsa, onların satışı ilə bağlı hansı məsuliyyətlər nəzərdə tutulur?

Mövzuyala bağlı Yenicag.az-a  aciqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu cür avadanlıqlar yalnız xüsusi təyinatlı avtomobillər məsələn, polis, təcili tibbi yardım, fövqəladə hallar xidməti və digər operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulub

media-screenshot_1

Eldəniz Cəfərov əlavə edib ki, bu cihazların icazəsi olmayan adi nəqliyyat vasitələrinə quraşdırılması həm qanunla qadağandır, həm də yol hərəkətinin təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Ekspert həmçinin, belə avadanlıqların sui-istifadə edilməsi, məsələn, sayrışan işıqlardan şəxsi üstünlük qazanmaq və ya nömrə gizlədən qurğularla qaydalardan yayınmaq cəhdlərinin, yalnız inzibati məsuliyyətə deyil, bəzən cinayət məsuliyyətinə də səbəb ola biləcəyini vurğulayıb.

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa