“İndidən ləğv olunmalıdır” – Naxçıvandan Moskva və Qars müqavilələri niyə çıxarılır?

media-hightechnic-468x90

“Sabah başqa siyasi mülahizələrə yol açmamaq üçün indidən onun muxtariyyəti tədricən ləğv olunmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.

media-1690121351-947547-azsd

O, Naxçıvan MR Konstitusiyasının preambulasından Qars və Moskva müqavilələrinə istinadların çıxarılması barədə fikirlərini səsləndirib.

Siyasi şərhçi bildirib ki, bu məsələ təsadüfi deyil:

“Məlumdur ki, Moskva müqaviləsi Türkiyə ilə Rusiya arasında bağlanıb və Naxçıvanın hüquqi statusu da bu müqavilədə yer alıb. Eyni şey həm də Qars müqaviləsində təkrarlanıb. Qars müqaviləsi isə 5 dövlət arasında bağlanıb – Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan. Belə çıxır ki, bu 5 dövlət Naxçıvan muxtariyyətinin qarant dövlətləridir. Yəni istədikləri an Naxçıvandakı proseslərə müdaxilə edə bilərlər. Sözsüz ki, Naxçıvanın taleyinin bu 5 dövlətə, xüsusilə də Ermənistan, Gürcüstan və Rusiyaya həvalə olunması Azərbaycanın suverenliyinə ziddir”.

Heydər Oğuz bildirib ki, Naxçıvan Konstitusiyasından Qars və Moskva müqavilələrinə istinadların çıxarılması muxtar Respublika statusunun da ləğv olunacağına işarədir:

“Yeri gəlmişkən, Qars müqaviləsində əslində Naxçıvana muxtar Respublika statusu verilməsi nəzərdə tutulmamışdı. Orda Naxçıvanın muxtar ərazi olduğu bildirilirdi. Muxtar ərazi isə muxtar Respublika demək deyil. Sovet hakimiyyəti illərində Naxçıvana muxtar Respublika statusu verilməsinin səbəbi, məncə, bu regionda yerləşdirilən ermənilərə də siyasi hüquq verməyə xidmət edirdi və əhalisi 99.9%-i türk olan bu bölgənin taleyini şübhə altına salırdı. Məhz bu səbəbdən də 44 günlük savaşdan sonra böyük güc qazanan və etnik kimliyi mübahisə doğurmayan Naxçıvanın muxtariyyətinə də ehtiyac qalmayıb. Sabah başqa siyasi mülahizələrə yol açmamaq üçün indidən onun muxtariyyəti tədricən ləğv olunmalıdır. Naxçıvan konstitusiyadakı dəyişikliklərin səbəbi bununla bağlı ola bilər”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05