Hər “kənd məhsulu” orqanikdirmi? – Ekspertdən XƏBƏRDARLIQ/VİDEO

media-hightechnic-468x90

İstehlakçılar arasında təbii, orqanik və kənd üsulu ilə istehsal olunan məhsullara maraq xeyli artıb. Lakin bazarda “kənd məhsulu” adı ilə təqdim edilən qidaların hamısının həqiqətənmi orqanik və təhlükəsiz olması hər zaman təmin olunmur.

media-banner_tkm

Mövzu barədə Yenicag.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova bildirib ki, bu cür məhsulların düzgün seçilməməsi bəzi hallarda sağlamlıq üçün ciddi risklər yarada bilər.

Ekspertin sözlərinə görə, hər bir məhsulun orqanik hesab olunması üçün onun mütləq rəsmi qurumlar tərəfindən təsdiq edilmiş sertifikatlara malik olması vacibdir:

“Birinci növbədə bilmək lazımdır ki, məhsullar yalnız bu sahədə fəaliyyət göstərən müvafiq qurumların təsdiqlədiyi sertifikatlar əsasında orqanik statusu daşıya bilər”.

Məhsəti Hüseynova qeyd edib ki, bitki mənşəli məhsullar pestisidsiz və kimyəvi gübrələrdən istifadə olunmadan yetişdirilibsə, bunu sübut edən müşayiətedici sənədlər təqdim edilməlidir:

“Əgər məhsul həqiqətən pestisidsiz və kimyəvi gübrəsiz yetişdirilibsə, bunu təsdiqləyən rəsmi sənəd olmalıdır. Heyvan mənşəli məhsullarda isə onların baytarlıq nəzarətindən keçməsinə dair keyfiyyət sertifikatının olması şərtdir”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05