“İranın bu narazılığı öz xarici siyasətinin nəticəsidir” – Politoloq

media-hightechnic-468x90

“İranın bu narazılığı müəyyən mənada öz xarici siyasətinin nəticəsidir”

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməzdən əvvəl verdiyi son bəyanatlarla bağlı fikirlərini bölüşüb.

Politoloq bildirib ki, Yaxın Şərq ətrafında gərginlik getdikcə artmaqdadır:

“Bir tərəfdə ABŞ və İsrail tərəfindən İrana yönəlmiş təzyiqlər, digər tərəfdə isə İsrailin Livan istiqamətindəki hərbi fəaliyyəti müşahidə olunur. Buna əlavə olaraq, İranın Körfəz bölgəsində yerləşən dövlətlərə qarşı pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlar həyata keçirməsi ümumi vəziyyəti daha da gərginləşdirir.

Bu fonda Pakistan ilə Əfqanıstan arasındakı qarşıdurma da diqqət mərkəzindədir. Kabil şəhərinə endirilən hava zərbələri nəticəsində ilkin məlumatlara görə, yüzlərlə insan həyatını itirib, xeyli sayda yaralı var. Rəsmi İslamabad bu əməliyyatların “Taliban” qüvvələrinə məxsus dəqiq hədəflərə yönəldiyini bildirsə də, qarşı tərəf mülki obyektlərin də zərər gördüyünü iddia edir. Fevral ayından bəri davam edən bu qarşıdurma fasilələrlə yenidən alovlanır və sərhəd bölgələrində mütəmadi toqquşmalar qeydə alınır. Vasitəçilik təşəbbüsləri isə indiyədək nəticəsiz qalıb.

Eyni zamanda, Əli Laricaninin son açıqlamaları da müzakirə mövzusuna çevrilib. O, müsəlman dövlətlərinin İrana yetərli dəstək verməməsindən narazılığını ifadə edib və mövcud qarşıdurmanı bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə ‘müqavimət qüvvələri’ ilə birlikdə İran kimi təqdim edib. Onun ritorikasına görə, bu, bir seçim məsələsidir: kimin tərəfində dayanmaq sualı ön plana çıxır.

Bununla belə, bəzi müşahidəçilər hesab edirlər ki, İranın bu narazılığı müəyyən mənada öz xarici siyasətinin nəticəsidir. Keçmişdə Azərbaycan da müsəlman ölkələrinin mövqeyindən məmnun deyildi. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatları verilsə də, praktikada bəzi üzv dövlətlər, o cümlədən İran, Ermənistanla sıx əməkdaşlığı davam etdirirdi.

Hazırkı mərhələdə isə bir çox müsəlman ölkəsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməsə də, eyni zamanda Tehranın siyasətinə açıq şəkildə arxa durmaqdan çəkinir. Bunun başlıca səbəblərindən biri kimi İranın bəzi müsəlman dövlətlərinin ərazilərinə raket və dron hücumları reallaşdırması göstərilir.

Ümumilikdə, davam edən bu silahlı münaqişələr region üçün ciddi humanitar fəlakətlər vəd edir. Milyonlarla insanın məcburi köçkünə çevrilməsi və aclıq riski getdikcə artır. Xüsusilə İranda məskunlaşmış çoxsaylı əfqan miqrantlar artan təhlükəsizlik problemləri səbəbindən geri qayıtmağa məcbur qalsalar da, vətənlərində də sabitlikdən söhbət getmir. Bu isə böhranın daha da dərinləşəcəyindən xəbər verir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05