Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlərin kömək istədiyi məsələyə REAKSİYA

media-hightechnic-468x90

Qəbələ şəhərinin Fəzil Rəhimov küçəsindəki antisanitar vəziyyət aradan qaldırılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, hazırda ərazi tam təmizlənib:

“Şəhərdə keçiriləcək beynəlxalq festival ərəfəsində bir neçə gündür genişmiqyaslı təmizlik işləri aparılır. Həmin ərazidə zibil konteynerləri mövcuddur. Bəzi sakinlər tullantıları konteynerlərə deyil, yaxınlıqdakı əraziyə atırlar”.

*** 

Qəbələ şəhərinin Fəzil Rəhimov küçəsində yaşayan sakinlər ərazidə antisanitar vəziyyət yaratdığını bildiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Oxu.Az-ın qaynar xəttinə daxil olub.

Qeyd olunub ki, başqa ərazilərdə zibil konteyneri olmadığından ətraf küçələrin sakinləri də tullantıları həmin nöqtəyə gətirirlər.

Sakinlərin sözlərinə görə, tullantılar günlərlə daşınmadığı üçün ərazidə üfunət var, həmçinin iri siçanlar müşahidə olunur.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05