Məşhur müğənnidən ETİRAF: “Əsgərlikdə sünnət olunmuşam”
Türkiyəli məşhur müğənni Rober Hatemo hər kəsi təəccübləndirən etirafı ilə gündəmə gəlib. Tanınmış sənətçi uşaqlıqda deyil, məhz hərbi xidmət dövründə sünnət olunduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, müğənni bu barədə qatıldığı televiziya proqramlarının birində danışıb. Onun sözlərinə görə, bu hadisə tamamilə gözlənilmədən baş verib:
“Sünnət olunmadığım əsgərlikdə üzə çıxdı. Komandirim dərhal atama zəng etdi və mənim sünnət olunmağım üçün ondan icazə istədi. Atam da buna heç bir etiraz etmədi”.
Rober Hatemo həmin günləri xatırlayarkən bunun həyatında unudulmaz bir hadisə olduğunu bildirib. O, hərbi xidmətdə baş verən bu prosesin həm çətin, həm də maraqlı bir xatirə kimi yaddaşında qaldığını qeyd edib.
Sənətçinin bu səmimi açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə və izləyicilərin fərqli reaksiyalarına səbəb olub./Metbuat.az/













