!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkili Adil Əliyevin Novruz bayramı təbriki

!Reklam – Yazi

adil-eliyev11ad.aznewsMillət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Yenicag.az həmin təbriki təqdim edir:

“Novruz bayramınız mübarək olsun, qoy Uca Allah sizi bu yeni ildə bütün arzularınıza çatdirsin…

Qədim xalq inamlarına görə, Allah dünyanın və bütün mövcudatın yaranışını bilavasitə 4 ünsürlə – su, od, torpaq və hava ilə əlaqədardır. Qışın sonunda (21 fevral-21 martadək) bütün canlı aləm və cansız təbiət tədricən qış yuxusundan oyanmağa başlayır. Göstərilən müddətin 1-ci həftəsində su qızmağa başlayır, isti küləklər əsir, bunun nəticəsində ağaclar, bitkilər oyanir, onların gövdəsi sulanır, tumurcuqlar əmələ gəlməsi üçün şərait yaranır. 2-ci həftə od oyanmağa başlayır, buzlar əriyir və əvvəlki şaxtalar olmur. 3-cü həftədə torpaq və nəhayət, 4-cü həftəde külək oyanir. Başqa sözlə desək istiler düşür, od adamın canını qizdırır. Ona görə də müsəlman həftəsinin 1-ci günü olan hər çərşənbə axşamı bir ay müddətində bayram günləri kimi qeyd olunurdu. Axırıncı çərşənbə daha canlı, daha dəbdəbəli, daha şən kecirilirdi. Bu şənlik yeni ilin müjdəsi olan Novruz bayramı idi. Novruz bayramı ərəfəsində həyət-baca təmizlənir, ev silinib-süpürülür, hamı təmiz və şux geyinib bayram əhval- ruhiyyesində olurdu. İnama görə, həmin gün bütün küsülülər barışmalı, duşmənçilik aradan qaldırılmalı idi. Səfərdə olan ailə üzvləri də çalışırdılar ki, Novruz bayramı günü özünü evə şatdirsin..Mart ayının 21-də bütün ailə üzvləri bir yerdə-bayram süfrəsi arxasında əyləşərək oda, atəşə- yanan lampaya ocağa, cıraga, şama, səməniyə, qiymətli daş-qaşa tamaşa edirdilər. Belə olan halda, etiqada görə, yeni il onlara bərəkət, səadət və xoşbəxtlik gətirməli idi.

Bayramınız mübarək!”

COP29

www.yenicag.az

1412
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv