!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

78 yaşlı xalq artisti sirrini açdı: “Buna görə cavan qalmışam”

!Reklam – Yazi

Xalq artisti, xanəndə Canəli Əkbərovun doğum günüdür. Ustad sənətkar 79 yaşına qədəm qoyur.

Təəssüratlarını Yenicag.az-la bölüşən xanəndə doğum gününü ailə üzvləri ilə qeyd edəcəyini bildirib:

“80-nə iki il qaldı. İnşallah yubileyimi qeyd edərəm. 78 yaşı da elə ailə üzvlərimlə birgə xudmani məclislə qeyd edəcəyik. Gecədən zənglər başlayıb, övladlarım, nəvələrim hədiyyələr alıb. Amma hədiyyə aşiqi deyiləm, mənimki xoş sözdür. Sizə bir sirr açım: məni cavan, gümrah saxlayan da xoş söz və insanların bitib-tükənməyən sevgisidir. Buna görə cavan qalmışam. Heç kim inanmır ki, 78 yaşım tamam olur. Heç özüm də inanmıram, çünki özümü bu yaşda hiss etmirəm. Ruhumun yaşı çox cavandır. Bu yaşımda hələ də səhnədəyəm, hələ də tələbələr yetişdirirəm. Səsim də yerindədir, özüm də. Allahdan da özümə sağlam ömür arzulayıram”.

Cəvahir

COP29

www.yenicag.az

2992
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv