Oğuz rayonunda 79 yaşlı kişi intihar edib.
Oğuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kərimli kəndində qeydə alınıb. Kənd sakini Bəxtiyar Əhməd oğlu Salamovun meyiti yaşadığı evin çardağına çıxmaq üçün istifadə olunan nərdivandan asılı vəziyyətdə övladı tərəfindən aşkarlanıb. Bəxtiyar Salamovun intihar etdiyi məlum olub.
Onun vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Şəkidə isə 21 yaşlı oğlan intihara cəhd edib. Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 02.00 radələrində rayonun Orta Zəyzid kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan İsmət oğlu Yusifzadə sol saidin ön səthinin kəsilmiş yarası və zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, Tərlan Yusifzadə bilərəkdən kəsici alətlə qoluna xəsarət yetirib və sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Tərlan Yusifzadəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.
www.yenicag.az