8 aylıq körpə yanğın zamanı xəsarət aldı-Foto
Yanğının baş verdiyi bina hazırda polis tərəfindən mühasirəyə alınıb. Jurnalistlər hadisə yerinə buraxılmır.
Müxbirimiz bildirir ki, yuxarı mərtəblərdə başlayan yanğını söndürmək üçün su çatışmır. Yanğını söndürmək hələ mümkün olmayıb. Binanın müxtəlif hissələrində yeni ocaqlar yaranır. FHN-in vertolyotları da alovu söndürməkdə çətinlik çəkir.
Daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov artıq hadisə yerindədir.
Yanğında xəsarət alanların sayı isə sürətlə artır. İlkin məlumata görə, onların sayı artıq 30 nəfəri keçib. Onların çoxu tüstüdən zəhərlənib.
Ölənlərin sayının da artdığı deyilir.
Respublika Toksikologiya Mərkəzinin baş həkimi Azər Maqsudov virtualaz.org saytına açıqlamasında bildirdi ki, biri 8 aylıq körpə olmaqla 6 nəfər artıq mərkəzə gətirilib. Onların vəziyyəti ağırdır(virtualaz.org).