!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

8 martın qadınlara PSİXOLOJİ BASQISI: “Bunu sizin diqtənizlə və məcburiyyətdən etməsi...”

!Reklam – Yazi

“Bayram ərəfəsində qadınlarda gözləntinin çox olması onların öz əleyhinə çevrilir”.

Bu sözləri 8 Mart Beynəlxalq qadınlar günündə xanımların əks cinsdən gözləntilərinin psixoloji məqamlarından danışan tanınmış psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında deyib.

Psixoloq sonradan ruh düşkünlüyü yaşamamaq üçün xanımların bu bayram ərəfəsində gözləntilərini sıfırlamağı məsləhət görüb:

“Əslində, insan kənardan bütün gözləntiləri azaltmalıdır. Bəzən belə şeyləri isterika, panika ilə qarşılayan xanımlar da olur. “Niyə mən həmin gündə təbrik olunmadım, hədiyyə almadım, – deyə bununla heç cür barışmaq istəmirlər. Bu durum ətrafdakılardan özünə qarşı ifrat dərəcədə gözlənti yaratmasından formalaşır. Ona görə də normal insanlar sonradan “əzab çəkməsin” deyə çevrədən bütün gözləntiləri minimallaşdırmalı, hətta dediyim kimi, sıfırlamalıdırlar.

Tutalım, bu gün bayramdır, gəlin görək, hər kəsi zamınında və vaxtında təbrik etmək imkanındayıqmı? Elə bayram olur, unuduruq və doğmalarımızı təbrik edə bilmirik. Bu, onu təbrik etmək istəmək, yaxud da istəməmək anlamına gəlmir. Bu sadəcə, zaman darlığı və unutqanlıqdan irəli gələ bilər. Yenə özümüzü günahlandırma hissləri baş qaldırır.

Odur ki, bayram ərəfəsində qadınlarda gözləntinin çox olması onların öz əleyhinə çevrilir. Ümumiyyətlə, insanların bir-birinə diqqəti, xeyirxahlığı, yaxşı əməli məcburiyyət və gözlənti üzərində qurulmamalıdır. Qəbullanmaq lazımdır ki, insan bunu edəcəksə, yəqin edəcək, etmirsə, demək ki istəmir, etmir. Bunu sizin diqtənizlə və məcburiyyətdən etməsi doğru deyil.

Qarşı tərəfdən xoş sözlər, qayğı gözləntisi də buna daxildir. Yəni bu, özümüzü aldatmaqdan başqa bir şey deyil. Qəbul edilməlidir ki, mənə olan münasibət budur və bununla barışmalıyam. Buna görə də heç kəsdən möcüzə gözləmək lazım deyil. Bir də ki insan emosional çöküntü olmaması və dayanıqlıq formasını qoruması üçün iki düşüncəni özündə formalaşdırmalıdır. Ətrafdan gözləntini ümumiyyətlə, kəsməli, sıfırlamalı və heç kəsdən möcüzə gözləməməli”.

Cəvahir

COP29

www.yenicag.az

1316
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv