8 samboçumuz ¼-də
Bu gün Bakı-2015 I Avropa Oyunlarında sambo yarışları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaq. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.
Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.
74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçuk olacaq.
+100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək.
Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda keçirəcək. Təmsilçimiz Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gələcək.
60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) – Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi Yekaterina Sretu ilə görüşəcək.
68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq.