!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“80 yaşı var, məndən 100 faiz görmə tələb edir” - Oftalmoloq Günay Əliyeva

!Reklam – Yazi

Sağlamlıq insanın ən böyük sərvətidir. Xüsusən də gözlər … Göz yeganə orqandır ki, onu qorusan, vaxtında həkimə getsən, sənə bir ömür boyu xidmət edər. Amma hamı belə davranırmı?
“Miopiya və lazer mərkəzi”nin rəhbəri, tanınmış oftalmoloq-cərrah Günay Əliyeva isə tam əksini deyir.

“Mən hər həftə “itirilmiş göz” əməliyyatı edirəm. Qlaukomadan əziyyət çəkən və bunun nəticəsində görməsini itirən, sonda mənə müraicət edən neçə-neçə pasiyentim var. “Diabetik retinapatiya” diaqnozlu, görmə qabiliyyəti 3 faizə düşən pasiyentlərim də olur. Onların göz dibində ödəmlər əmələ gəlir. Bu isə artıq şəkərin buraxılmış fəsadları sayılır. Bizim “Miopiya və lazer mərkəzi”ndə elə iynələr var ki, onları vuran kimi ödəmlər çox tez sovrulur. Bu da iynənin keyfiyyətinə görədir və yalnız bizim mərkəzdədir.

Ümumiyyətlə, Amerika Oftalmoloqlarının protokolunda da qeyd olunur ki, əgər sənin şəkərin varsa, ildə bir dəfə oftalmoloq yanına gedib, gözünü yoxlatdırmalısan . Şəkər nəzarətdə saxlanılmalıdır, göz həkiminə getmək mütləqdir. Elə xəstələr var ki, gözündə işıq hissiyyatı belə olmur. Bunu belə həddə çatdırmaq olmaz. İnsan işıqlı dünyasına məsuliyyətsiz yanaşmamalıdır. Hərdən elə xəstələrim də olur ki, 80 yaşı var, əməliyyatdan sonra məndən 100 faiz görmə tələb edir. Daha demir ki, özünə məsuliyyətsiz yanaşıb, vaxtında həkimə müraciət etməyib. İndi də məndən 100 faizlik görmə tələb edir.

Axı bu qədər də məsuliyyətsizlik etmək olmaz. İnsanın 3 gözü yoxdur. İki gözü də birdən necə itirmək olar?
Həmişə demişəm, yenə deyirəm: “Göz xəstəliklərini gecikdirmək olmaz”. Laqeyidlik nəticədə tamamilə görmə qabiliyyətinin itirilməsinə aparıb çıxarır. Buna görə də özünüzü sevin.

COP29

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv