Bakının Xətai rayonunda yerləşən şəhid Mübariz Nəcəfovun adını daşıyan 86 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib.
3 A sinif şagirdlərinin hazırladığı konsertdə azyaşlıların ifasında səsləndirilən şeirlər, mahnı və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsi başa çatdıqdan sonra məktəbin direktoru Cavid Əliyev çıxış edərək balaca çıxışçıları təbrik edib.
Xətai Rayon İcra Hakimiyyəti, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsrafilova Mehriban Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb və yetişməkdə olan nəsilin Ulu Öndərin mirasını dərindən öyrənməli olduğunu deyib.
Məktəbin direktoru Cavid Əliyev çıxışında məktəblilərin gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını, prinsipiallığını örnək almalı olıduğunu diqqətə çatdırıb.
www.yenicag.az