Bəzi obyektlərdə ciddi nöqsanlar aşkarlandı

media-hightechnic-468x90

Abşeronda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər nəticəsində bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb.

Qurumun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, belə hallar AQTA-nın əməkdaşları tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Promart” MMC marketdə qeydə alınıb.

Qanun pozuntuları sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı ilə bağlı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600