Yeni virus Azərbaycana GƏLİR? – “Bu ehtimalın real olması...”

media-hightechnic-468x90

“Virusun Azərbaycana gəlməsi mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla bildirib.

O, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisinin ölkədə yeni koronavirus infeksiyası dalğası barədə etdiyi xəbərdarlıqdan sonra yeni virusun Azərbaycana gəlməsi ehtimalının mümkünlüyünü şərh edib.

Həmsöhbətimiz söyləyib ki, İrandan və bütün ölkələrdən virusun Azərbaycana gəlməsi realdır.

Onun sözlərinə görə, xüsusilə də qonşu sərhədyanı ölkələrdən söhbət gedirsə, bu ehtimalın real olması imkanı var:

“Çünki virus havadan damcı yolu ilə yoluxur və istənilən halda yoluxmuş insanın Azərbaycana sərhəddən keçməsi ilə transsərhəd zonalardan yoluxma mümkündür”.

Xatırladaq ki, sözügedən məsələ ilə bağlı nazir müavini insanları maskalardan istifadə etməyə çağırıb. O, həmçinin ictimaiyyətin məlumatlandırılmasında medianı və məscidləri daha fəal rol oynamağa və ictimaiyyəti bu məsələyə ciddi yanaşmağa səsləyib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600