AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Xəbər verdiyev kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytımızda yayımlanan yazıya münasibət bildirib.
AYNA-dan informasiya sorğumuza cavab olaraq sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.
Demokrat.az saytı məsələni araşdırmaq üçün İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron hesabında “Van Der Val Internəşnl Transport, Baki” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində araşdırma aparıb.
Məlum olub ki, şirkət aktiv vergilər ödəyicisi siyahısına daxildir.
Nizamnamə kapitalı 750 min dollar olan şirkətin hazırda qanuni təmsilçisi Anar Rzayevin yaxın adamı sayılan Həsənov Emin Cəlil oğludur.
MMC-nin qanuni təmsilçisi dəyişsə də, əvvəlki kimi şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Sumqayit Şossesi, Ev 4 ünvanı göstərilir.
Ehtimal edilir ki, şirkətə məxsus 100-ə yaxın yük avtomobilləri başqa bir adla fəaliyyətini davam etdirir.
Yaxın günlərdə bu istimqamətdə geniş araşdırmamız oxuculara təqdim olunacaq.