Rus dilində danışdığına görə işdən çıxarıldı
Ukraynanın Kiyev vilayətində məktəb direktoru şagirdlər, müəllimlər və valideynlərlə rus dilində ünsiyyət qurduğu üçün işdən çıxarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat dərc edib.
Məlumata görə, direktora qarşı müvafiq şikayət məktəblilərin valideynləri tərəfindən edilib.
“O, dövlət dilindən istifadənin zəruriliyi ilə bağlı çoxsaylı şərhlərə cavab vermir və bu şəkildə ünsiyyət qurmağın onun üçün əlverişli olduğunu iddia edirdi”, – nəşr Ukraynanın təhsil üzrə ombudsmanı Nadejda Leşçikdən sitat gətirir.