“ABŞ-nin sülh planı nə Kiyev, nə də Moskva üçün keçərlidir” – Ukrayna böhranında ƏSƏBLƏR GƏRİLİR

media-hightechnic-468x90

 

“Hazırkı mərhələdə Rusiya və Ukrayna arasında davam edən münaqişənin sülhlə yekunlaşması real görünmür. Səbəb isə tərəflərin əsas məqsədlərində kəskin ziddiyyətlərin qalmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı analitik Endryu Koribko deyib.

media-img_4799

Siyasi təhlilçi Rusiyanın Ukrayna ilə müharibəni bitirməsi üçün irəli sürdüyü şərtlər fonunda ABŞ-nin Krımla bağlı mövqeyini də şərh edib.

Onun sözlərinə görə, Rusiya üç əsas istiqamətdə – sosial-siyasi (denasifikasiya), hərbi (demilitarizasiya və neytrallıq) və ərazi (mübahisəli bölgələr üzərində tam nəzarət) məsələsində konkret hədəflər irəli sürür:

“Ukrayna isə bu tələblərin heç biri ilə razılaşmaq niyyətində deyil. Hər iki tərəfin kompromisdən yayınması sülh prosesini faktiki olaraq dalana dirəyir. ABŞ-nin təklif etdiyi və hər iki tərəfdən müəyyən güzəştləri nəzərdə tutan sülh planı da mövcud durumda nə Kiyev, nə də Moskva üçün qəbul ediləndir. Bu isə onu göstərir ki, prosesi xilas etmək üçün yaxın zamanda ciddi diplomatik irəliləyişə ehtiyac var. Əks halda, proses tamamilə çökə bilər”.

E. Koribko hesab edir ki, mövcud vəziyyətdə Ukraynanın bəzi məqsədlərindən geri çəkilməsi Rusiyanın tələblərinin heç olmasa bir qisminin yerinə yetirilməsi ilə nəticələnə bilər:

“Bu isə döyüşlərin davam etməsinin qarşısını almaq üçün yeganə real çıxış yolu kimi görünür. Belə bir kompromis sülh razılaşması bir sıra elementlər üzərində qurula bilər. Məsələn, Münaqişə zonasındakı mövcud cəbhə xəttinin dəyişməz qalması; təmas xəttinin şimalında və Dnepr çayının şərqində yerləşən bu ərazidə ideoloji və hərbi neytrallaşdırmanın həyata keçirilməsi; həmin ərazinin təhlükəsizliyinə Qərbdən olmayan beynəlxalq qüvvələrin cavabdeh olması; Kiyevin rəsmi şəkildə Alyansa daxil olmayacağına dair təminat verməsi və Ukraynanın qərb hissəsində mümkün şəkildə Qərb hərbi kontingentinin mövcudluğu buraya aid ola bilər. Bu ssenari hər nə qədər çətin və həssas olsa da, tərəflərin müharibədən ən az itki ilə çıxması və sülhə yaxınlaşması üçün potensial çıxış yolu hesab oluna bilər”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600