ABŞ-də seçkiöncəsi impiçment RİTORİKASI: Trampın gücünə zərbə, yoxsa siyasi taktika?

media-hightechnic-468x90

“Demokratlar düşünürlər ki, bu yolla seçkilərdə üstünlük əldə edərək Nümayəndələr Palatası və Senatda çoxluğu yenidən ələ keçirə bilərlər”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi ekspert Vəli Əlibəyov deyib.

O, bir neçə gündür ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı yayılan xəbərlərin necə nəticələnəcəyi ilə bağlı fikirlərini səsləndirib.

Siyasi ekspert bildirib ki, ABŞ Konstitusiyasına əsasən, prezidentin impiçmenti iki əsas halda mümkündür:

“Birinci hal, prezidentin ağır cinayət, xəyanət və ya rüşvət kimi hüquqi pozuntular törətməsi ilə bağlıdır. Əgər bu kimi ittihamlar sübuta yetirilərsə və müvafiq prosedurlar həyata keçirilərsə, prezident vəzifəsindən uzaqlaşdırıla bilər. Bu, Konstitusiyanın birinci və ikinci maddələrində əks olunub. Məhz bu əsasla keçmişdə prezident Donald Trampa qarşı impiçment prosesi başladılmış, lakin nəticəsiz qalmışdı. Hazırda da oxşar cəhdlər var, lakin bu dəfə də impiçmentin baş tutması real görünmür, çünki həm Nümayəndələr Palatası, həm də Senatda nəzarət respublikaçıların əlindədir”.

Onun sözlərinə görə, ikinci halda isə impiçment prezidentin səlahiyyətlərini icra edə bilmədiyi, yəni fiziki və ya psixoloji baxımdan vəzifə qabiliyyətini itirdiyi zaman mümkündür:

“Belə olan halda vitse-prezident və kabinet üzvləri birgə müraciət edərək onu müvəqqəti və ya tam şəkildə vəzifədən kənarlaşdıra bilərlər. Tarixdə belə bir hadisə olub, lakin vitse-prezidentin razılığı olmadığından proses başa çatmamışdı. Bu mexanizmin Trampa qarşı tətbiq edilməsi də real görünmür, çünki onun sağlamlıq və fəaliyyət qabiliyyəti ilə bağlı rəsmi şübhə yoxdur.

Bundan əlavə, Konstitusiyanın beşinci maddəsində daha bir maraqlı mexanizm nəzərdə tutulur. Burada deyilir ki, ştatların üçdə ikisi, yəni 34 ştat birləşərək Konstitusiya Konvensiyası çağıraraq yeni düzəlişlər irəli sürə bilərlər. Teorik olaraq bu yolla prezidentin vəzifədən uzaqlaşdırılması ilə bağlı ayrıca bir maddə əlavə oluna bilər. Lakin bu proses çox mürəkkəbdir və indiyə qədər tətbiq edilməyib. Çünki belə bir təşəbbüsün reallaşması üçün ştatlar arasında geniş razılıq tələb olunur, bu isə faktiki olaraq çətin görünür”.

V. Əlibəyov əmindir ki, hazırda demokratlar Trampa qarşı impiçment prosesini yenidən gündəmə gətirirlər:

“Onlar bu təşəbbüsün uğurlu olmayacağını bilsələr də, məqsəd Trampı ictimai rəyə təsir etməklə zəiflətmək və 2026-cı ildə keçiriləcək aralıq seçkilərinə hazırlıq kimi qiymətləndirilir. Demokratlar düşünürlər ki, bu yolla seçkilərdə üstünlük əldə edərək Nümayəndələr Palatası və Senatda çoxluğu yenidən ələ keçirə bilərlər. Əgər bu baş versə, impiçment prosesinin ikinci dəfə gündəmə gəlməsi ehtimalı arta bilər. Lakin indiki mərhələdə Trampın impiçmenti prosedur baxımından çətin və qeyri-real görünür, çünki respublikaçılar hələ də əsas siyasi təsirə sahibdirlər. Hər şey onların daxilində Trampa qarşı çıxan üzvlərin sayından asılı olacaq”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600