İsrail druzlara görə Suriya radikallarına HÜCUM ETDİ

media-hightechnic-468x90

İsrail hakimiyyəti Suriyada fəaliyyət göstərən radikal qruplaşmalara xəbərdarlıq edərək, Druz icmasına qarşı mümkün hücumların ağır nəticələrə səbəb olacağını bildirib və profilaktik zərbə endirib.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” İsrailin Baş nazirinin ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın göstərişi ilə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Suriyanın Dəməşq vilayətinin Sahnaya yaşayış məntəqəsindəki druzlara hücum hazırlayan ekstremist qruplaşmaya qabaqlayıcı zərbə endirilməsi barədə əmr verib.

Baş nazirin ofisindən bildirilib ki, İsrail Suriyanın rəsmi hakimiyyətinə “kəskin xəbərdarlıq” göndərərək Dəməşq üzərinə birbaşa məsuliyyət qoyub ki, druzlara qarşı hücumların qarşısı alınmalıdır.

“İsrail dövləti ölkədəki druz icmasının müdafiəsinə və Suriyadakı soydaşlarına dəstək göstərilməsinə dərin sadiqliyini bir daha bəyan edir. İsrail Suriyada druzlara qarşı hücumlara imkan verməyəcək”, – deyə baş nazirin ofisindən bildirilib.

Qeyd edək ki, aprelin 30-na keçən gecə Dəməşq ətrafındakı druzların məskunlaşdığı bölgələrdə silahlı dəstələrin şəhərə hücumu fonunda druzların özünümüdafiə qüvvələri ilə toqquşmalar baş verib. Sahnayada yerləşən Ümumi Təhlükəsizlik Xidmətinin qərargahına silahlı hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı həlak olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600