Bu ölkədə yumurta qıtlığı BAŞLAYIB – Hökumət qərar QƏBUL ETDİ

media-hightechnic-468x90

İsveçrə hökuməti daxili bazarda toyuq yumurtasına artan tələbatı qarşılamaq üçün 10 min ton əlavə yumurta idxal etməyə qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Aprelin 30-da rəsmi açıqlama verən İsveçrə hakimiyyəti bildirib ki, mümkün qıtlığın qarşısını almaq məqsədilə idxal ediləcək yumurtalara aşağı gömrük rüsumları tətbiq olunacaq. Eyni zamanda, yerli istehsalçılara zərər vurmamaq üçün idxal həcmi onlarla razılaşdırılacaq.

Qeyd edək ki, yumurtaya olan tələbatın artmasına səbəb İsveçrədə bu məhsulun istehlakının kəskin şəkildə yüksəlməsi olub. Belə ki, 2023-2024-cü illər ərzində ölkədə adambaşına yumurta istehlakı orta hesabla 9 ədəd artaraq 198-ə çatıb ki, bu da 5 faizlik artım deməkdir. Eyni dövrdə yerli istehsal cəmi 2,8 faiz artıb.

Bildirilib ki, İsveçrə əlavə yumurta idxalı üçün bazarda ABŞ-la da rəqabət apara bilər. ABŞ-da isə genişmiqyaslı yumurta qıtlığına quş qripi səbəb olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600