A seriyası bərpa tarixini təsdiqlədi

media-hightechnic-468x90

İtaliya A seriyası koronavirus pandemiyası üzündən dayanan 2019/20 mövsümü ilə bağlı bəyanat yayıb.

Yenicag.az saytının məlumatına görə, qurum mövsümün bərpası planını təsdiqləyib.

Liqanın Şurası mayın 13-də qəbul olunan qərarları qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, A seriyasının iyunun 13-də başlaması qrafiki dəyişməz qalıb.

Həmçinin, Şura A seriyası və İtaliya kubokunun bütün matçlarının keçirilməsi variantlarını da müzakirə edib. Variantlarla bağlı yekun qərar mayın 28-də idman nazirinin də qatılacağı görüşdə veriləcək./APA/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600