AAK ictimai xadimləri və media rəhbərlərini mükafatlandırdı - FOTO/VİDEO
Avropa Azərbaycanlıları Konqresi (AAK) Bakıda media və ictimaiyyət nümayəndələri ilə görüş keçirib.
Yenicag.az xəbər verir ki, görüşdə ötən il Azərbaycan Milli Mətbuatının 145-ci ildönümü münasibətilə AAK tərəfindən mükafatlandırılan media rəhbərlərinə və yubileyləri olan ictimai xadimlərə təsis edilmiş xüsusi medalın təqdimetmə mərasimi baş tutub.
Təqdimetmə mərasimində Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgəriştirak edib.
AAK-ın təltif etdiyi media rəhbərləri və ictimai xadimlər onların fəaliyyətinə verilən dəyərə görə konqres rəhbərliyinə təşəkkür edib, ürək sözlərini iştirakçılarla bölüşüblər.
Qeyd edək ki, sözügedən təqdimetmə mərasimi ötən il koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.












