!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AB Macarıstan və Slovakiyanın bu tələbini rədd etdi

!Reklam – Yazi

AB ölkələri Rusiyadan Ukrayna vasitəsilə neft nəqlinin bərpası məsələsində Macarıstan və Slovakiyaya dəstək verməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.

3 gün əvvəl Slovakiya və Macarıstan Rusiya neftinin öz ərazisindən tranzitini dayandıran Ukrayna ilə bağlı Avropa Komissiyasına müraciət edib. Təşkilatın 11 üzvü sözügedən şikayətə görə cavab verilməsi tələbinə qarşı çıxıb.

Qeyd edək ki, dünən Macarıstan Ukraynaya ultimatum göndərib. Ölkənin xarici işlər naziri Peter Siyarto neft tədarükü bərpa edilənədək Ukraynaya Avropa Sülh Fondu çərçivəsində 6,5 milyard avroluq hərbi yardımın maliyyələşdirilməsi proqramını bloklamağa davam edəcəklərini bildirib./Axar.az

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv