!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abdulla Gül Azərbaycana niyə gəlib?

!Reklam – Yazi

Türkiyənin sabiq prezidenti Abdulla Gül Bakıda səfərdədir. O, hətta Azərbaycan prezidenti ilə də görüşüb. Görəsən, AKP hakimiyyətinin sabiq aparıcı füqurlarından biri olan Gülün Bakıya səfərindən hansı nəticələr gözləmək olar?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yeniçağ.az- a açıqlamasında bildirdi ki, A. Gülün ölkəmizə bu gəlişi tanışlıq məqsədi daşıya bilər :

“Abdulla Gül uzun illərdir iqtidarda olan AKP-nin aparıcı simalarındandır. Həmçinin, Türkiyənin digər sabiq dövlət rəsmiləri də dəfələrlə Bakıya belə səfərlər edib. Məsələn, Süleyman Dəmirəl vəzifədən getdikdən sonra da Azərbaycana bu kimi səfərlərdə olmuşdu. Bu baxımdan Abdulla Gülün bu səfərini də tanışlıq ziyarəti kimi dəyərləndirmək olar. Həmçinin o, ölkəmizə hansısa bir mesajla da gələ bilər. Axı Gül sıradan bir siyasətçi deyil. Ədalət və İnkişaf Partiyasının yaradıcısı olan ikinci şəxsdir. Bu yola Ərdoğanla birgə başlayıblar. Hətta Ərdoğana vəzifə tutmaq qadağası tətbiq ediləndə AKP hökumətinin ilk baş naziri də məhz Gül olmuşdu. İndi o, heç bir hakimiyyət kürsüsündə yer almasa belə, nüfuzlu siyasətçi olaraq qalır. Ona görə düşünürəm ki, belə bir nüfuzlu siyasətçinin Azərbaycana gəlişi Türkiyənin bir daha ölkəmizə önəm verdiyini təsdiqləyir. Ola bilsin ki, onun vasitəsilə rəsmi Bakı rəsmi Ankaraya müəyyən mesajlar da ünvanlayıb. Amma bu gəlişlə bağlı xüsusi halların olduğunu düşünmürəm. Bəlkə də Azərbaycan rəsmiləri tərəfindən dəvət edilib. Çünki bundan əvvəl də o, ölkəmizdə baş tutan müxtəlif konfrans və seminarlara gəlib. Ola bilsin ki, bu səfərlə o, Azərbaycanda qalıb, bir qədər dincəlməyi də nəzərdə tutub. Həm də fürsətdən istifadə edərək, Azərbaycan-Türkiyə əməkdaşlığının indiki dönəmini müzakirə ediblər. Yaxud da əməkdaşlıq sahəsində qalan problemli sahələri çözüblər. Hansı ki, Gülün geri qayıtdıqdan sonra həmin problemli məsələləri Ankara rəsmiləri qarşısında qaldırması da mümkündür”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv