!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin nəzərinə: İmtahanların vaxtı dəyişdi

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcəkdir.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.

www.yenicag.az

11891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv