Abramoviçin yaxtası təmirə dayandı-Foto

media-hightechnic-468x90

89976Rusiyalı oliqarx Roman Abramoviçin “Eclipse” adlı məşhur yaxtası xarab olub və Hamburq limanında təmirə dayanıb.

Yenicag.az qafqazinfo-ya  istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti yazır.

Xəbərdə bildirilir ki, gəmi tikintisi üzrə ən yaxşı avropalı mütəxəssislər hazırda “Eclipse” yaxtasını təmirə hazırlayırlar. Jurnalistlər Hamburq limanında dayanan, tikinti “lesa”ları və kranları ilə əhatə olunmuş nəhəng yaxtanı görüblər. Gəminin hansı hissəsinin təmir olunacağı məlum deyil.

“Eclipse” yaxtası 2010-cu ildə suya buraxılıb və o vaxt dünyanın ən böyük yaxtası idi. Onun uzunluğu 162 metrdir, göyərtəsində iki vertolyot meydançası, 16 metrlik hovuz, 30 kayut, kinoteatr, hətta hava hücumundan müdafiə sistemi var.

Abramoviçin gəmisini Almaniyanın “Blohm & Voss” şirkəti fərdi layihə üzrə inşa edib. Gəminin inşasına 5 il vaxt tələb olunub. “Eclipse”in tikintisi 500 milyon dollara başa gəlib, lakin ona təhlükəsizliyin təmin olunması üçün əlavə avadanlıqların quraşdırılmasından və interyer predmetlərindən sonra gəminin qiyməti 1,5 milyard dollara çatıb.

2013-cü ilə qədər “Eclipse” dünyanın ən böyük yaxtası idi. Lakin həmin il ərəb şeyxi Xəlif əl-Nahyanın 180 metrlik “Azzam” yaxtası suya buraxıldı və rekord Abramoviçin əlindən çıxdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600