!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ artıq başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək” - Elxan Şahinoğlu

!Reklam – Yazi

“Amerika hər zaman başqa ölkələrin daxili işlərinə qarışsa da, indi öz içində problem yaranıb”.

Bunu son günlər ABŞ-da cərəyan edən məlum proseslərin geosiyasi vəziyyətə mümkün təsirlərini dəyərləndirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, ABŞ-da yaşanan son hadisələr Amerikanın “fövqəldövlət” imicinə ciddi zərbə vurub:

“ABŞ adətən, başqa ölkələrdə inqilab və çevrilişlər hazırlayır, parlamentlərə hücumlar təşkil edirdi. Atdığı o addımların adını isə “demokratiya” qoyurdu. Hazırda eyni proses ABŞ-ın öz daxilində baş verib və özləri bu gedişatı çevriliş adlandırırlar. Yəni ABŞ başqa ölkələrdə həyata keçirdiyi ssenarini yaşayır.

Bu, Amerika tarixində nadir hadisədir. Səhv etmirəmsə, 1814-cü ildə Konqresdə indiki kimi toqquşma olub. Həmin dövrdə ABŞ Böyük Britaniya ilə müharibə aparırdı. Biz həmişə elə bilirdik ki, ABŞ-da oturuşmuş bir sistem var və heç vaxt toqquşma ola bilməz.

Lakin görünür, gözlənilməz olaylar mümkündür və ABŞ-da haqqında çox danışılan “dərin dövlət” yox imiş. ABŞ-da baş verən olaylarla bağlı bir çox dövlətlər, o cümlədən Amerikanın əsas rəqibləri sayılan Rusiya, Türkiyə və İran tərəfindən açıqlamalar verilib.

Sanki həmin dövlətlər ABŞ-da baş verən proseslərdən narahatdırlar və vəziyyətin sabitləşməsini istəyirlər. Bu açıqlamalar bir az da kinayəlidir. Yəni ABŞ hər zaman başqa ölkələrin daxili işlərinə qarışsa da, indi öz içində problem yaranıb. Bundan sonra isə ABŞ başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək”.

Gülşən Şərif

www.yenicag.az

10801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv