!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Azərbaycan və Ermənistan arasında sülh üçün səylərini davam etdirəcək”

!Reklam – Yazi

ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

“Həm dövlət katibi, həm də Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün çalışmağa davam edirlər, lakin mənim heç bir konkret xəbərim yoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o bildirib.

ABŞ-ın Bakıdakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün regiona tez-tez səfər edir.

“Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etmək üçün fəaliyyətini davam edirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamağın vaxtı çatıb”, – deyə səfirlikdən bildirilib./Trend/

COP29

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv