ABŞ - Çin toqquşmasının TƏMƏLİ QOYULUR
“ABŞ-nin Əfqanıstana yenidən girməsi çox çətin olacaq”.
Bu fikri ABŞ-nin Əfqanıstandan abiabaza tələbi, Pakistanın Kabilə endirdiyi zərbələr, Çin ABŞ toqquşmasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, Əfqanıstan üzərində ABŞ-Çin toqquşmasının təməli qoyulur:
“Baqram” hərbi aviabazasını 1970-ci ildə SSRİ tikib, ancaq 2001-ci ildən sonra ABŞ həmin hərbi bazanı yenidən inşa edib və əməliyyatların əsas mərkəzinə çevirmişdi. Hazırda ABŞ tərəfi Talibandan həmin hərbi aviabazanı tələb edir. Baydenin vaxtında ABŞ hərbçiləri oradan çox gülməli şəkildə çıxdılar. Faktiki olaraq Əfqanıstanda həm ABŞ tərəfdarlarını və hərbçiləri Bayden hakimiyəti çətin vəziyyətə qoydu. O bazadan axırıncı çıxan Türkiyə və Azərbaycan hərbçiləri oldu.
“Baqram” aviabazası ABŞ üçün regionda qalmaq üçün çox əhəmiyyətlidir. Bu həm İranla, həm də Çinlə bağlıdır. “Baqram” aviabazasından Çinin nüvə silahları yerləşdirilmiş şəhərlərindən məsafə təxminən bir saatdır. Ona görə də, ABŞ üçün o aviabaza maraqlıdır”.
Yusif Bağırzadə qeyd edib ki, Taliban hakimiyəti ilə Çin dövləti və Çin şirkətləri arasında ciddi əlaqələr mövcuddur:
“Hətta Taliban müxalifətdə olanda Çin şirkətlərinin onların nəzarətində olan mədənlərlə bağlı müqavilələri olub. Çin şirkətləri hazırda Əfqanıstanda daha geniş ərazilərdə işlər görməyə başlayıb.
Çin Əfqanıstandakı yataqların istismarında maraqlıdır. Ancaq Əfqanıstanda infrastruktur zəifdir. Burada təbii ehtiyatlar çoxdur. Ona görə də, ABŞ də Əfqanıstana daxil olmaq istəyir. Ancaq ABŞ-nin Əfqanıstana girməsi çox çətin olacaq. Çünki orada Çin və Pakistan faktoru var”.
Səxavət Məmməd