!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da 1200-dən çox aviareys ləğv olundu

!Reklam – Yazi

Güclü qar Amerika Birləşmiş Ştatlarında bir sıra problemlər yaradıb.

Yenicag.az xəbər verir ki, hava limanlarının işində xüsusi problemlər müşahidə olunur. Belə ki, ölkədə 1254 reys ləğv olunub, 1159 aviareys gecikib.

Daha çox reys Çikaqo (İllinoys ştatı) və Detroyt (Miçiqan ştatı) hava limanlarında ləğv olunub.

CNN telekanalı meteoroloqlara istinadən xəbər verir ki, Arktika siklonu mərkəzi ştatlardan keçməklə şimal-qərbdən hərəkət edir. Həmin ərazilərdə 25 milyondan çox amerikalının yaşadığı bildirilir.

Qarlı hava yalnız hava limanlarında yox, digər nəqliyyat vasitələrinin də fəaliyyətində problemlər yaradıb.

www.yenicag.az

1387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv