!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da antierməni çağırışları: Vaşinqton İrəvanı cəzalandıracaq?

!Reklam – Yazi

Amerikalı ekspert Raul Louri Kontreras bildirir ki, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir:

“Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın marağındadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət bu faktı qəbul edir. ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli və ABŞ tərəfindən heç bir yardım almayacağını bildirməlidir. Ermənistan çox kasıb ölkədir və ABŞ-dan ala biləcəyi istənilən köməyə ehtiyacı var. Ona görə də onlar bu tələbləri yerinə yetirməli olacaqlar”.

Görəsən, Vaşinqton İrəvana bu müstəvidə sanksiyalar tətbiq edəcəkmi?

Məsələni Yenicag.az-a şərh edən politoloq Elşən Mustafayev bildirdi ki, Ağ Evin işğalçı Ermənistana sanksiyalar tətbiq edəcəyinə inanmır:

“Vaşinqtonun Ermənistana sanksiyalar tətbiq edəcəyini gözləmirəm. Bu mənada amerikalı ekspert Kontrerasın “ABŞ Ermənistana sanksiyalar tətbiq etməlidir” sözləri onun şəxsi fikri, istəyidir. Ümumiyyətlə, ABŞ-ın Ermənistana sanksiyalar tətbiq etməsi mümkün deyil. Ona görə ki ABŞ-da güclü olan erməni lobbisi buna imkan verməz. İkincisi, ABŞ Ermənistana sanksiya tətbiq etməklə nə əldə edəcək? Burada Rusiya faktoru var. Rusiya faktiki olaraq Ermənistanın iqtisadi, siyasi və hərbi cəhətdən bütün sahələrini monopoliyaya alıb. İşğalçı ölkənin bütün iqtisadiyyatı Rusiyanın əlindədir. Ermənistan hərbi cəhətdən də tamamilə Moskva ilə bağlıdır. Hətta siyasi hakimiyyəti belə birbaşa Kremldən asılıdır, onun göstərişlərilə oturub durur. Ermənistanın Avropa İttifaqı ilə imzaladığı məlum razılaşma da birmənalı olaraq Moskvanın razılığından sonra baş tutub. Çünki Ermənistan bu işə özbaşına qol qoysaydı, Moskva tərəfindən birmənalı olaraq cəzalandırılacaqdı. Eyni zamanda, bu günə qədər ABŞ tərəfindən Ermənistana münasibətdə hər hansı bir irad və etiraz bildirilməyib.

Əksinə, Azərbaycan ərazisi işğal olunsa, bunun nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaransa da, Vaşinqton ölkəmizə qarşı vaxtilə 907-ci düzəlişi qəbul edib. Bu günə qədər həmin düzəliş ləğv olunmayıb, sadəcə fəaliyyəti dondurulub. Bu əsasda ABŞ-ın Ermənistana qarşı sanksiya tətbiq edəcəyilə bağlı səslənən fikirlər reallığı əks etdirmir. İrəvan BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni bu günə qədər icra etmir və bu fonda işğal faktoru qalmaqdadır. Lakin buna baxmayaraq, ABŞ başda olmaqla digər dövlətlər həmin qətnaməni yerinə yetirmək üçün Ermənistana hər hansı bir təsir və yaxud təzyiq göstərməyiblər. Əgər indiyədək bu qərarın icra olunmamasına görə sanksiya tətbiq edilməyibsə, bundan sonra da heç bir nəticə gözləməyə dəyməz”.

ELÇİN

www.yenicag.az

1861
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv