ABŞ-da dəhşət: təyyarələr toqquşdu
Havada nadir hallarda rast gəlinən hadisə bu dəfə ABŞ-da baş verib. San Fransisko körfəzi üzərində iki təyyarə toqquşub.
Federal Aviasiya İdarəsinin sözçüsü İan Qreqor təkmühərrikli “Cessna 2010” tipli təyyarə ilə eyni modeldən olan “Havker TMK 20” təyyarəsinin hələ ki, müəyyən olunmayan səbəbdən havada toqquşduğunu bildirib.
Qreqor toqquşma nəticəsində “Cessna”nın dənizə çırpıldığını, pilotun isə itkin düşdüyünü bildirib. O biri təyyarədə olan 3 nəfər isə qəzadan xəsarət almadan xilas ola biliblər.
İtkin düşmüş pilotun axtarışı üçün əməliyyatlar davam edir. Qeyd edək ki, təyyarələr hər il keçirilən festival çərçivəsində havaya qalxıb(axar.az).