ABŞ-da şiddətli soyuqlar 58 can aldı

media-hightechnic-468x90

ABŞ-da davam edən şiddətli soyuqlar səbəbindən ölənlərin sayı 58 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.

Ölüm hallarının bir çoxu yolların buz bağlaması nəticəsində yaranan qəzalardan baş verib.

Bundan əlavə, 6 nəfər evlərində soyuqdan donmuş halda tapılıb. Şəxsi avtomobillərində qızınmaq istəyən insanlar isə zəhərlənib.

Bəziləri də evlərində soyuqdan donmamaq üçün ocaq qalayarkən yaranan yanğın nəticəsində həyatını itiriblər.

Qeyd edək ki, xüsusilə Texas ştatında vəziyyət daha acınacaqlıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600