“Hazır olun!” mesajının pərdəarxası: ABŞ-nin İran planında Azərbaycanın yeri haradadır?

media-hightechnic-468x90

“Amerikalı analitikin mesajı Azərbaycan üçün əhəmiyyətli deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Politoloq, ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən “Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Luke Coffeyin Azərbaycan bayrağından istifadə etməklə yazdığı “HAZIR OLUN” mesajını şərh edib:

“Adətən Amerika və ya hər hansı bir qlobal güc mərkəzi müxtəlif regionlarda genişmiqyaslı hərbi, siyasi əməliyyatlara hazırlaşarkən belə mesajlar analitiklər, politoloqlar tərəfindən gündəmə gətirilir. Böyük ehtimalla Amerikanın Yaxın Şərqdə, xüsusilə də İran üzərində hansısa planları mövcuddur və bu baxımdan İrana hansısa formada təsir imkanı olan ölkələrə yönəlik belə mesajlar yayırlar. Amerikalı analitikin ‘Hazır olun!’ mesajını da təxminən bu kontekstdə izah etmək olar. Böyük ehtimalla ABŞ Yaxın Şərqin yenidən dizayn olunması prosesi ilə bağlı planlarında Azərbaycanla bağlı hansısa məqam ola bilər. Ümumiyyətlə, bu mesaj onu göstərir ki, Azərbaycan qlobal siyasi iradə mərkəzlərinin diqqət mərkəzindədir və Azərbaycan öz qlobal nüfuzu ilə, eyni zamanda regional lider dövlət statusu ilə nəhəng ölkələrin diqqətini öz üzərinə çəkməyi bacarır. Bu baxımdan ola bilər ki, Azərbaycana belə mesaj verilməsinə ehtiyac hiss edilib”.

Politoloq qeyd edib ki, Azərbaycan üçün bu tip şəxslərin mesajları əhəmiyyətsizdir:

“Buna baxmayaraq, rəsmi Bakı üçün belə mesajların ciddi əhəmiyyəti yoxdur. Ona görə ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və yalnız Azərbaycanın maraqlarına yönəlik hədəflər müəyyənləşdirir. Azərbaycanın maraqlarına uyğun gələn prioritetlər üzrə öz xarici siyasət kursunu müəyyənləşdirir. Bu baxımdan da rəsmi Bakı üçün belə mesajlar yönləndirici xarakter daşıya bilməz. Azərbaycan kimi dövlətlərə hansısa analitiklərin mesajları ilə təsir göstərmək mümkün deyil. Azərbaycan belə mesajlara əhəmiyyət verəcək dövlət deyil. Hiss edilir ki, sözügedən amerikalı analitikin bu yazısı müəyyən təbliğat (propaganda) xarakterli mesajdır və onun Azərbaycana təsir göstərmə ehtimalı mövcud deyil”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa