İrandakı dalğalanma Türkiyəyə necə təsir edəcək? – Siyasi şərhçidən ANALİZ

media-hightechnic-468x90

“Türkiyə İranla bağlı mümkün gələcək ssenarilərə də hazırlaşacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi şərhçi Sena Parlar deyib.

O, İranda baş verənlərə qarşı Türkiyənin narahatlığı və Ankaranın proseslər fonunda atacağı mümkün addımlardan danışıb.

Siyasi şərhçi bildirib ki, hazırda dünyanın Yaxın Şərqdə diqqət mərkəzi Tehrandır.

“İranda baş verən daxili qarşıdurmalar, insan tələfatı və rejim əleyhinə etirazların getdikcə genişlənməsi regionda ciddi narahatlıq doğurur. Təbii ki, Ankara bu proseslərə biganə qala bilməz. Çünki İranda baş verən hər bir siyasi və ictimai dalğalanmanın Türkiyəyə də təsir göstərəcəyi istisna olunmur. Türkiyə təkcə qonşu ölkənin sərhədlərini deyil, bütövlükdə regionun gələcəyini diqqətlə izləyir.

İrandakı ictimai fəallıq, rejimə artan təzyiq, beynəlxalq sanksiyaların gedişi və mümkün siyasi dəyişiklik ssenariləri Türkiyə üçün adi hadisə deyil. Bu şəraitdə Ankaranın əsas strategiyası balans siyasətini qorumaq olacaq. Bir tərəfdən İranla tarixi münasibətlər, iqtisadi əlaqələr və enerji sahəsində asılılıq mövcuddur. Qəsri-Şirin müqaviləsindən bu yana iki ölkə arasında ciddi hərbi qarşıdurmanın yaşanmaması münasibətlərin dayanıqlılığını göstərir.

Digər tərəfdən isə Türkiyə regionda Rusiya, Çin və ABŞ kimi böyük güclər arasında gedən rəqabət fonunda öz strateji maraqlarını prioritetləşdirməyə çalışır. Bu prosesdə Ankara, Venesuela nümunəsində olduğu kimi, ehtiyatlı diplomatik dil seçəcək. İrandakı daxili gərginliyin sərhədləri aşmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi əsas prioritetlərdən biri olacaq.

Eyni zamanda, İran daxilində yaşayan türkmən, azərbaycanlı və kürd əhalinin üzərində yarana biləcək təsirlər diqqətlə təhlil ediləcək, mümkün risklərin Türkiyəyə sirayət etməməsi üçün balanslaşdırılmış siyasət yürüdüləcək. Ankara həm regional sabitliyi, həm də öz vətəndaşlarının təhlükəsizliyini qorumağa çalışacaq.

Bundan əlavə, Türkiyə İranla bağlı mümkün gələcək ssenarilərə də hazırlaşacaq. Böyük güclərin və regional aktorların proseslərə təsir göstərməsi ehtimalları fonunda Türkiyə üçün risk və təhdidlər arta bilər. Qonşu ölkədə baş verən hərbi və ya siyasi böhranın regiona yayılma ehtimalı nəzərə alınaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hökumətin qabaqlayıcı təhlükəsizlik və qoruyucu tədbirlər görəcəyi gözlənilir”,- deyə o bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa