“Azərişıq” ASC-nin vəzifəli şəxsi Nizami rayonunda qanunsuz tikintiyə rəhbərlik edib? - VİDEO
Paytaxtın Nizami rayonunda qanunsuz tikinti işləri aparılıb.
Yenicag.az xəbər verir ki, Nizami rayonu Məhəmməd Şərifli küçəsində ərazi dəmir hasara alınaraq qanunsuz inşa işləri aparılıb. Tikinit işlərinə yüksək vəzifəli məmur himayədarlıq edir. Lakin həmin obyekti ona yaxın şəxs tərəfindən işlədildildiyi bildirilir.
Verilən məlumatalara görə ərazidə həmişəyaşıl ağacların kəsilib. Həmçinin tikinti aparılan ərazidə irigövdəli yaşıl ağac inşa olunmuş obyektin içinə salınıb. Bu isə hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir.
Aparılan tikinti Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən gizli həyata keçirilib.
Müvafiq qurumlardan rəsmi heç bir icazə alınmadan aparılan qanunsuz tikintiyə icazəninNizami rayon İcra Hakimiyyətinin verdiyi bildirilir.
AzFakt.com-un əldə etdiyi məlumata görə Nizami rayonu Məhəmməd Şərifli küçəsində qanunsuz tikinti aparılan obyektin sahibi “Azərişıq” ASC-nin vəzifəli şəxsdir.












