“Sumqayıt dairəsi”ndə sərnişinlərin 594 narazılığı: “Sürücülər saxlamır, elektron tablolar söndürülüb”

media-hightechnic-468x90

Sərnişinlər tərəfindən daxil olan şikayətlərə görə, Bakı-Sumqayıt yolunun xüsusilə “Sumqayıt dairəsi” adlanan hissəsində 594 nömrəli marşrut xətti ilə bağlı ciddi problemlər yaşanır.

Yenicag.az xəbər verir ki, sərnişinlərin iddiasına görə, sözügedən marşrut üzrə hərəkət edən avtobuslar əksər hallarda dayanacaqda saxlamır. Nəticədə dayanacaqda gözləyən onlarla insan mənzil başına vaxtında çata bilmir. Şikayətçilər bildirirlər ki, avtobusda boş yerlər olduğu təqdirdə belə, sürücülərin dayanacaqdan yan keçməsi artıq adət halını alıb.

Narazılıq doğuran digər məqam isə nəqliyyat vasitələrinin məlumatlandırma sistemi ilə bağlıdır. Sərnişinlər avtobusların üzərində marşrut nömrəsini və hərəkət istiqamətini göstərən elektron ekranların (tabloların) qəsdən söndürüldüyünü vurğulayırlar.

Şikayətlərdə 594 nömrəli xəttin fəaliyyəti eyni istiqamətdə hərəkət edən 500 nömrəli avtobuslarla müqayisə edilib. Bildirilir ki, 500 nömrəli marşrut intervala ciddi əməl etdiyi halda, 594 nömrəli avtobuslarda vəziyyət acınacaqlıdır:

“Pik saatlarda 7-8 dəqiqəlik interval nəzərdə tutulsa da, faktiki olaraq avtobuslar 15 dəqiqə və daha gec gəlir. Bu da dayanacaqlarda sərnişin sıxlığının yaranmasına səbəb olur”.

Sərnişinlər aidiyyəti qurumlardan marşrut üzrə nəzarətin gücləndirilməsini, sürücülərin dayanacaq qaydalarına əməl etməsini və interval probleminin qısa zamanda həllini tələb edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa