ABŞ-ın Pensilvaniya ştatında baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, cümə axşamı gecə saatlarında 21 yaşlı şəxs Steyt Kollec şəhərindəki “Ramada” hotelində yerləşən “P.J. Harrigan`s” barında keçmiş sevgilisini qətlə yetirib.
Daha sonra 2 nəfəri də ağır yaralayan şəxs hadisə yerindən avtomobilinə minərək Hoteldən uzaqlaşıb. Pensilvaniya Universitetinin yaxınlığındakı küçələrdən birində binaya çırpılıb.
Maşından düşən gənc mənzillərdən birinə girib və oradakı kişini güllələyib, ardından isə özünü də vuraraq intihar edib.
www.yenicag.az