ABŞ-da sutkada 67 mindən çox insan koronavirusa yoluxub

media-hightechnic-468x90

ABŞ-da sutka ərzində aşkar edilən yeni koronavirusa yoluxma hallarının sayı rekord həddə çatdı və 67 mini keçib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Con Hopkins Universitetinin saytında yerləşdirilən məlumatda bildirilib.

Məlumata əsasən, ABŞ-da 15 iyulda 67,3 min koronavirusa yoluxma halı, 14 iyulda isə 67,4 min yoluxma halı təsdiqlənib.

Son həftələrdə Florida, Arizona, Texas və Kaliforniya da daxil olmaqla ABŞ-ın bir neçə ştatında Rekord xəstələnmə göstəricləri qeydə alınıb.

Bununla əlaqədar, yerli hakimiyyət orqanları sanitariya məhdudiyyətlərinin yüngülləşdirilməsi və ya ləğv edilməsi prosesini dayandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600