!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan geri addım - "Huawei"ə qarşı olan sanksiyalar təxirə salındı

!Reklam – Yazi

Ağ Evin administrativ-büdcə üzrə idarəetməsi ABŞ konqressinə Huawei şirkətinə qarşı sanksiyaların növbəti dəfə təxirə salınması qərarını bildirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərara səbəb ABŞ-ın yerli şirkətlərinin “Huawei” şirkətinin məhsullarından belə tez imtina etmək gücündə olmamaqlarıdır.

“Son bir neçə gündə konqress sözügedən qanunun 2 il ərzində reallaşdırılmasının vacibliyini tam aydın şəkildə bildirdi və biz buna əməl edəcəyik” – deyə Ağ Evin administrativ-büdcə idarəetməsinin direktor vəzifələrini yerinə yetirən Russ Vought bildirib.

Keçən həftə Ağ Evin təmsilçiləri bildirmişdilər ki, ABŞ-ın ticarət nazirliyinin “Huawei” şirkətinə qarşı olan sanksiyalarının tətbiqinə daha çox zaman lazım olacaq. Həmin sanksiyalar ABŞ şirkətlərinə “Huawei” şirkətinin təchizatını alınmasına və istifadəsinə qadağa qoyur.

ABŞ idarəsi isə bu qadağanın 2 ildən 4 ilə kimi təxirə salınmasını təklif edib. Nəticədə yerli şirkətlərin digər istehsalçıların texnologiyalarına keçid etmələri üçün sanksiyaların 2 il müddətinə təxirə salınması qərarı alınıb.

Qeyd etmək lazımdır ki, sanksiyaların təxirə salınması “Huawei” şirkətinin yalnız telekommunikasiya təchizatı biznesinə aiddir. “Huawei” şirkətinin isə ABŞ şirkətlərinin aparat və proqram təminatlarının alınması və istifadəsinə qadağa 19 avqust tarixindən qüvvəyə minməlidir.

COP29

www.yenicag.az

4870
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv