!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Rusiya-Türkiyə hərbi əməkdaşlığına qarşı yeni həmlə: S-400-lərin aqibəti necə olacaq?

!Reklam – Yazi

Ağ Ev Türkiyə ilə Rusiya arasında hərbi əməkdaşlığı zəiflətmək üçün bütün mümkün vasitələrə əl atır.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə, İtaliya və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Məlumata görə, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə baş tutan toplantısında xarici həmkarları ilə bir sıra görüşlər keçirib.

Caniklinin Fransa müdafiə naziri Florens Parli və İtaliyanın müdafiə naziri Roberto Pinotti ilə üçtərəfli görüşündə isə müdafiə sahəsində əməkdaşlıq niyyətinə dair memorandum imzalanıb.

Əməkdaşlıq istiqamətində ilk addım olaraq, EUROSAM konsorsiumu ilə Türkiyə şirkətləri arasında SAMP-T hava hücumundan müdafiə sistemlərinin analizi aparılacaq, həmçinin, üç ölkənin hərbi ehtiyacları müəyyənləşdiriləcək.

Bundan başqa, imzalanmış memorandum tərəflər arasında hava hücumu və raket əleyhinə sistemlərin (RƏM) birgə istehsalı, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, Türkiyə, Fransa və İtaliya NATO çərçivəsində iki və ya üçtərəfli məsləhətləşmələr keçirəcəklər.

Qeyd edək ki, üçtərəfli memorandumun imzalanmasında ABŞ-ın rolunu vurğulamamaq mümkün deyil. Hər halda, ABŞ başda olmaqla, NATO üzrə müttəfiqlərinin Türkiyəyə müasir raket sistemlərinin satışından imtina etmələri Ankaranı Rusiya ilə hərbi sahədə əməkdaşlığı genişləndirməyə sövq etdi.

Türkiyənin Rusiyadan S-400 raket kompleksləri almaq istiqamətində ciddi hərəkətə keçməsi isə NATO ölkələrinin ciddi narahatlığına səbəb oldu. Ancaq ABŞ və digər ölkələrin narazılığına baxmayaraq, Türkiyə S-400 raket komplekslərini almaqdan nəinki imtina etdi, hətta həmin sistemlərin istehsalı üçün Rusiya ilə müzakirələrə başladı.

O baxımdan, ABŞ artıq Türkiyənin geri çəkilmədiyini nəzərə alaraq, Ankara üçün NATO daxilində müəyyən imkanların yaradılması ilə nominal müttəfiqinin Rusiya ilə əlaqələrini müəyyən qədər zəiflətməyi düşünür. Bu memorandumu həmin cəhdin ilk addımı kimi qiymətləndirmək olar.

COP29

www.yenicag.az

2269
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv