ABŞ-də atışma zamanı 4 nəfər ölüb
ABŞ-ın Missisipi ştatında baş verən kütləvi atışma zamanı azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, hadisə Leland ilə Çarlston liseyləri arasında baş tutan futbol oyunundan geri dönən zaman baş verib.
Cinayətlə bağlı 18 yaşlı Taylar Jarod Qudlou saxlanılıb.