Kamala Harris anası Hindistandan olan həkim, atası Yamaykadan olan iqtisadiyyat professorudur. Onun atası Stenford Universitetində çalışıb. Harrisin nənəsi çinlidir, babası isə Yamaykaya Afrikadan gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “Demokratların namizədi olmağa əsas favorit olan Kamala Harris kimdir?” adlı sərlövhəli məqaləsində qeyd olunub.
Kanal yazır ki, Harris Kaliforniyadan senator seçilib, buna qədər isə Kaliforniya prokuroru kimi çalışıb. Onu da qeyd edək ki, 2011-2013-cü illərdə Donald Tramp iş adamı kimi Harrisin prokuror kampaniyasına 5.000 və 1.000 dollar ianə edib. Harrisin ofisi də Tramp şirkəti ilə bağlı bir neçə qalmaqallı məqamları görməzdən gəlib.
Məlumata görə, Harris 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürsə də, kampaniyası uğurlu alınmayıb və sonradan “Black Lives Matter” hadisələrindən sonra vitse-prezidentliyə əsas namizəd göstərilib. Lakin immiqrasiya ilə bağlı siyasətə nəzarət etdiyinə görə Harris ciddi qınaqla üzləşib və bu onun reytinqinə təsir edib.
Qeyd olunur ki, K. Harris “yaşıl siyasətçi”dir və daha çox neft şirkətlərinə standartların tətbiqi tərəfdarıdır. Həmçinin Kamala Harris Atlantik mövqeyə malikdir. Eyni zamanda Çini Birləşmiş Ştatlar üçün əsas təhdid hesab edir. Harris ABŞ-ın qlobal proseslərdə aktiv rol almağına maraqlı olsa da, Çinə fokuslanmaq üçün bəzi bölgələrdə aktivliyi azaltmaq düşüncəsini bölüşür.
Kanalın məqaləsində o da bildirilib ki, Harris neft sektorunda ixracı təşviq etsə də, yaşıl gündəmin aradan qaldırılmasına qarşıdır. Eyni zamanda, Harris abortun qadağan edilməsinə də qarşıdır. Harris qondarma “erməni soyqırımı”nın tanınmasını imzalayan bir şəxsdir, çünki o, ermənilərin kompakt yaşadığı Kaliforniyadan seçilib.
Erməni lobbi təşkilatı olan ANCA onun vitse-prezident kimi təyinatı zamanı ona B+ müsbət qiymət verib. Buna baxmayaraq, ABŞ prezidenti olarkən o hər dediyi sözü həyata keçirə bilməz və Bakı ilə praqmatik münasibətlərə davam etməli olacaq. Amma ermənilərə ideoloji bağ başa düşülən olacaq.
Onu da qeyd edək ki, Harrisin də digər demokratlar kimi Netanyahu rejiminə antipatiyası var. Bəzi analitiklər hesab edir ki, Demokratlar “sağ göstərib, sol vuracaqlar” və yekunda Harris namizəd olmayacaq.
Rafi Müslümov
www.yenicag.az