ABŞ-də Demokratların 60 faizi hazırkı prezident və namizəd Co Baydenin yerinə Kamala Harrisin yarışa qoşulmasını dəstəkləyir.
Yenicag.az xəbər verir ki, bununla bağlı AP/NORC Araşdırma Mərkəzi sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, Demokratların 60 faizi Baydenin prezidentlik yarışından geri çəkilməsi halında vitse-prezident Kamal Harrisin yarışı qazana biləcəyini düşünür.
Soğruda iştirak edən şəxslərin 20 faizi Harrisin namizədliyinə qarşı çıxıb, digər 20 faiz isə səssiz qalıb.
Qeyd edək ki, Baydenin namizədliyini geri götürəcəyi ilə bağlı məlumatlar yayılsa da, seçki ofisi “yola davam” deyib.
www.yenicag.az