“Trampın siyasi rəqibləri onun hakimiyyətə gəlməsini qəti şəkildə istəmir”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçiriləcəyi gözlənilən prezident seçkilərində namizədlər arasından rəqabətdən danışan politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bir çoxlarının ABŞ-də baş verən bəzi proseslərlə bağlı ehtimalları reallığı əks etdirmir.
“Buna keçmiş prezident Donal Trampın sui-qəsdə məruz qalması da daxildir. Belə ki, ard-arda baş verən sui-qəsd cəhdlərini onun yaxın ətrafı tərəfindən reytinqinin yüksəldilməsi üçün edildiyi kimi fikirlər var”, – deyə o bildirib.
O həmçinin qeyd edib ki, ABŞ tarixində bu kimi hadisələrin təkrarlandığını nəzərə almaq lazımdır.
“Trampın siyasi rəqibləri onun hakimiyyətə gəlməsini qəti şəkildə istəmir. Belə addımlarla onun ya emosional davranaraq hansısa reytinq aşağı salacaq hərəkət etməsini, ya qorxaraq özünün geriyə çəkilməsini, ya da həqiqətən fiziki cəhətdən məhv edilməsinə nail olmağa çalışırlar. Bunun üçün hər cür vasitədən istifadə edirlər.
Hazırki ABŞ prezidenti Co Bayden hakimiyyətinin siyasi kursunun davam etdirilməsi müəyyən dairələrin maraqlarına uyğundur. Tramp isə siyasi xətdə dəyişikliklər edəcəyi üçün istənilmir. Ona qarşı baş verənlərin səbəbi budur. Lakin bilmək lazımdır ki, ona qarşı atılan addımlar birbaşa olaraq Trampın reytinqini yüksəldir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az