!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də siyasi motivli hücum: Tramp lövhəsi asan qonşusunu əzdi – Sonra intihar etdi

!Reklam – Yazi

ABŞ-ın Miçiqan ştatında yaşayan bir şəxs öz bağında Tramp lövhəsi asmış 80 yaşlı qonşusunu avtomobili ilə əzərək ağır yaralayıb.

Yenicag.az xəbər verir ki, polis hadisənin siyasi motivli hücum olduğunu təsdiqləyib.

Səlahiyyətlilər Hankok şəhərində baş verən hadisədə şübhəli bilinən 22 yaşlı gəncin əvvəlcə polisə zəng edərək etiraf etdiyini, sonra isə intihar etdiyini bildirib.

Polis şübhəlinin yaşlı adamı hədəf almadan əvvəl park edilmiş iki avtomobili əzdiyini, Tramp stikerləri olan avtomobillərin şüşələrini sındırdığını və təkərlərini deşdiyini bildirib.

Hücum Pensilvaniyada Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən bir həftə sonra baş verib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv